7 January 2024
Burun dolğusu (əməliyyatsız rinoplastika) olaraq tanınan prosedur, əməliyyatsız, yalnız inyeksiya yolu ilə dəri doldurucularından istifadə edərək burundakı deformasiyaların aradan qaldırılmasıdır.
Qeyri-cərrahi rinoplastika ilə burundakı əyrilik, əyilmiş burun ucu, burundakı kontur çatışmazlıqları və asimmetriyalar dolğu tətbiqi ilə müalicə olunur. Bu üsulla burun əməliyyatsız formada arzuolunan görüntüyə yaxınlaşır.
Əməliyyatsız rinoplastika nədir?
Əməliyyatsız rinoplastika burundakı deformasiyaları ağrısız və sadə üsullarla aradan qaldırmağa kömək edir.
Arzu edilən görünüşü təmin etmək üçün xəstənin burnunun xüsusi nahiyələrinə dolğu tətbiq olunur.
Məsələn, burun ucu doldurulması bu prosedurlardan biridir. Adətən bu prosedurlar qırışları və arzuolunmaz xəttləri müalicə etmək üçün istifadə olunur. Bu inyeksiyalar arzuolunmaz çıxıntılarda, əyriliklərdə və ya əyilmiş burun ucunda da istifadə edilə bilər. Prosedur təxminən 15-20 dəqiqə çəkir və xəstə dərhal günlük həyatına qayıda bilir. Burun doldurulması üçün müxtəlif komponentli dolğulardan istifadə edilmir.
Əməliyyatsız rinoplastika necə edilir?
Bu prosedurun əsas məqsədi dolğu yeridilməsi ilə burunun formasını dəyişdirməkdir. Bu prosedur ağrısız və kəsiksiz olduğu üçün xəstəyə narkoz verilmir. Lakin prosedur zamanı hədəf bölgəyə anestezik krem çəkilir. Daha sonra əvvəldən müəyyən edilmiş nahiyələrə dolğu yeridilir. Prosedurda heç bir kəsik və ya anesteziya olmadığı üçün xəstə əməliyyatdan dərhal sonra evə buraxılır. Qısa müddətdən sonra isə normal fəaliyyətinə qayıda biir
Burunun problemli hissələri doldurulur və mövcud olan çökmə və ya əyilmə aradan qaldırılır. Burun ucu lazımi ölçüdə havaya qaldırılır.
Prosedur heç bir şişlik və göyərmə yaratmır. Prosedur zamanı və sonradan heç bir ağrı hiss olunmur. Orta hesabla 15-20 dəqiqə çəkən bu tətbiqin təsiri təxminən 18 ay davam edir.
Burun dolğusu ilə hansı nəticələr əldə edilə bilməz?
Bu prosedur burun ölçüsünü azaltmaq və ya qısaltmaq istəyən xəstələr üçün uyğun deyil. Əgər burunun həqiqi forma və ölçüsü tamamilə dəyişdirilmək istənilirsə, o halda burun plastik əməliyyatı (Rinoplastika) ən yaxşı seçim olacaqdır.
Burun dolğusunun qalıcılıq müddəti
Sağlam hesab edilən dolğuların qalıcılıq müddəti 4-18 ay arasında dəyişir. Bu müddət xaricində qalıcı və ya uzun müddətli dolğulardan istifadə etmək tövsiyə olunmur.
O cür dolğulardan istifadə etsəniz, gözlənilməz nəticələrlə qarşılaşa bilərsiniz. Eyni zamanda, ərimə müddəti uzun olan dolğularda geri dönməz vəziyyətlər yarana bilər. Bu səbəblə burun dolğusu üçün istifadə edilən məhsulun əriyən və tanınmış bir dolğu markası olması çox əhəmiyyətlidir.
5-10 illik qalıcılığa sahib olduğu deyilən dolğular tövsiyə olunmur. Dünyanın ən çox seçilən və tanınmış dolğu markaları 18 aydan çox davam edən dolğu istehsal etmir.
Burun dolğusu seçərkən nələrə diqqət edilməlidir?
Burun dolğusu burnunda köklü dəyişiklik etmək istəməyənlər üçün əla seçimdir. Burun doldurma proseduruna həmçinin əməliyyata qərar verə bilməyən və dəyişiklikləri əvvəlcədən görmək istəyənlər də müraciət edə bilər.
Burun dolğusuı rinoplastika əməliyyatından daha sərfəlidir. Ancaq burun dolğusunun bir dəfədən çox tətbiq olunacağını da unutmamaq lazımdır.
Bəzi problemlər burun dolğusu ilə asanlıqla aradan qaldırılsa da, bəzi hallarda əməliyyat tələb oluna bilər. Məsələn, tənəffüs problemlərinə səbəb olan septum deviasiyası kimi daxili burun problemləri dolğu materialları ilə düzəldilə bilməz.
Bütün bu vəziyyətləri qiymətləndirdikdən sonra cərrahi və ya qeyri-cərrahi rinoplastika arasında qərar vermədən əvvəl plastik cərrahla məsləhətləşmək lazımdır.
Qeyri-cərrahi rinoplastika təhlükəsizdirmi?
Burun dolğusu rinoplastika əməliyyatını tam əvəz etməsə də, təhlükəsiz və təsirli bir alternativ olduğunu söyləmək mümkündür. Burunun doldurulması üçün etibarlılığı sübut olunmuş hialuron turşusu istifadə olunur. Bu doldurucu dəriyə uyğundur və təkrar tətbiqlər zamanı heç bir zərər vermir.
Prosedurdan sonra allergik reaksiya, qanaxma, infeksiya kimi ehtimallar olsa da, icra edən həkimin təcrübəsindən asılı olaraq, fəsadlar çox nadir hallarda müşahidə olunur.
Əməliyyatsız rinoplastikanın üstünlükləri
Üstünlüklərdən biri əməliyyat etmək istəməyən və ya əməliyyat etməyi düşünən, lakin hələ qərar verə bilməyən pasiyentlər üçün yaxşı seçim olmasıdır.
Başqa bir üstünlüyü isə prosedurun çox asan olmasıdır. Belə ki, müəyyən bir hissəyə az miqdarda dolğu tətbiq etmək üçün sadə bir inyeksiya kifayət edir. Ən əsası isə burun dolğusu rinoplastika əməliyyatından daha sərfəlidir.


Əməliyyatsız rinoplastikanın 5 faydası
Bu prosedurun sağalma müddəti cərrahi müdaxilə olmadığı üçün çox qısadır. Tətbiqdən dərhal sonra gündəlik fəaliyyətinizə qayıda bilərsiniz. Bu proqrama üstünlük verilməsinin ən böyük səbəblərindən biri də budur.
Tamamilə dəyişdirilə bilən nəticələr
Qeyri-cərrahi rinoplastikadan sonra səbəbindən asılı olmayaraq bir müddət sonra burun əvvəlki vəziyyətinə qayıdır.
Kəsik yoxdur, çapıq yoxdur
Qeyri-cərrahi rinoplastika kəsiksiz həyata keçirilir. Prosedurda çox nazik bir iynə istifadə edilir. İnyeksiyanın edildiyi bölgədə qızartı yarana bilər, lakin bu qızartı da tez müddətdə sağalır.
Asan və yan təsirsiz bərpa
Burun doldurulması prosedurundan sonra bərpa prosesi rahat, sürətli və problemsiz keçir.
Gözəl və Təbii Nəticələr
Burun doldurulması prosedurundan sonra qısa müddətdə görünüşünüzdə istədiyiniz kimi nəticələr əldə edəcəksiniz.