gğz altı işıq dolğusu
Gözlər üzün ən çox nəzərə çarpan hissəsidir. Buna görə də gözdə və ya göz altında meydana gələn hər hansı bir problem dərhal diqqəti cəlb edə bilər. Göz altı nahiyəsi nazik dəri qatının altındakı qan damarları və yağ toxumasına görə ən həssas bölgələrdən biri sayılır. Yorğunluq, gərgin iş rejimi, stress, yuxusuzluq və müxtəlif səbəblərə görə göz altında qara dairələr yarana bilər. Göz altı işıq dolğusu proseduru ilə qısa müddətdə daha gənc və canlı görünüş əldə etmək mümkündür. Göz altı işıq dolğusu, hialuron turşusundan istifadə edərək, göz altındakı qızartı, göyərmə kimi problemləri aradan qaldıraraq dərini cavanlaşdırma prosedurudur. Göz altındakı içi boş çuxura tətbiq edilən hialuron turşusu inyeksiyası dərinin nəmini artırır, dolğunlaşdırır və dərinin teksturasını yaxşılaşdırır. Göz altına hamar və parlaq görünüş bəxş edir.

Göz altı işıq dolğusu necə edilir?

Bu prosedur adətən mütəxəssis həkim və ya estetik mütəxəssis tərəfindən həyata keçirilir. Prosedurdan əvvəl göz ətrafı lokal anesteziya edilir və ya topikal anestezik kremlərdən istifadə edilir. Gözün ətrafı xüsusi bir toniklə silinir, makiyajdan və kirdən azad olunur. Proses zamanı nahiyəyə yavaş-yavaş işıq vurulur və müddət adətən 15-30 dəqiqə arasında dəyişir. Göz altı işıq dolğusu 2 həftə ərzində tam sağalır.
göz altı işıq dolğusu

Göz altı işıq dolğusunun təsiri nə qədər qalır?

Göz altı işıq dolğusun nəticəsi prosedurdan sonra dərhal nəzərə çarpır. Qızarmış və ya qaralmış göz altı daha aydın bir görüntüyə qovuşur. Üzün ən çox diqqət çəkən bölgəsi olan gözlər daha gənc görünüşlə təmin edilir. Doldurucunun təsiri insandan insana dəyişə bilər. Adətən 6 ay -1 və ya 1.5 il arasında davam edir. Pasiyentin dəri rəngi, dəri quruluşu kimi bir çox faktor göz altı işıq dolğusunun qalıcılığına təsir edir.

Kimlər göz altı işıq dolğusu etdirməməlidir?

Hamilə və körpə əmizdirən qadınlara göz altı işıq dolğusu tövsiyə edilmir. Avtoimmun xəstəlikləri olanlar, dolğuya qarşı həssaslığı və ya allergiyası olanlara bu prosedur məsləhət görülmür. Dolğu tətbiq edildikdən sonra xəstələr allergik reaksiyalarla bağlı problemlər yaşaya bilərlər. Bu səbəblə əvvəlcədən mütəxəssislərlə məsləhətləşmək lazımdır.

Prosedurdan sonra nələrə diqqət edilməlidir?

Prosedurdan sonrakı ilk gün isti vanna qəbul etmək məsləhət görülmür. İlk iki gün çətin üz hərəkətləri edilməməli, ilk həftə ağır məşqdən uzaq durmaq lazımdır. Prosedurdan sonra iki həftə ərzində həddindən artıq istiyə və ya soyuğa məruz qalmamaq tövsiyə olunur. Ən çox verilən suallardan biri də göz altı işıq dolğusundan sonra üzün yuyulması ilə bağlıdır. Prosedurdan yarım saat sonra üz yuyula bilər.

Göz altı dolğusu nə qədər qalıcıdır?

Bu, pasiyentin dəri quruluşuna və ya dəri rənginə görə dəyişə bilər. Tətbiqin təsiri ömür boyu qalıcı deyil. Pasiyentdən asılı olaraq bu müddət 6-12 ay ilə 1 il yarım arasında dəyişə bilər.

Göz altı dolğusunun gözə zərəri varmı?

Prosedur gözə və ya göz ətrafına zərər vermir. Prosedurdan sonra şişlik, qızartı və ya müvəqqəti göyərmə baş verə bilər. Lakin prosedurdan sonra bu yan təsirlər 3-5 gün ərzində öz-özünə yox olur. Bununla belə, allergik reaksiyalar göstərə bilən xəstələrin mütəxəssislər tərəfindən müayinə olunması vacibdir.